KREART ŞİRKƏTİ

KREART şirkəti 2006-cı il dekabrın 1-ində qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır.

Fəaliyyət göstərdiyi bu illər ərzində yalnız artaraq, işçi potensialını gücləndirərək, reklam bazarına daxil olmuş və bir sıra şirkətləri geridə qoymuşdur.

KREART şirkəti həm poliqrafiya , həm də reklam şitlərinin yığılmasında, quraşdırılmasında yeni-yeni prinsipler tapıb və həyata keçirmişdir.

Təəccüblü deyil ki, bu gün də şəhərimizdə fəaliyyət göstərən reklam şirkətlərinin bəzilərində bizim keçmiş əməkdaşlarımız çalışır.

Təcrübəmiz və iş prinsipimiz özünə məxsusluğu ilə həmişə fərqlənib.

Bakıda təşkil edilən sərgilərdə mütəmadi olaraq iştirak edirik.

Şirkətimizin daimi müştəriləri və sifarişçiləri arasında Respublikamızda xüsusi çəkisi olan şirkət və banklar var.

Bu günkü reklam bazarının tələblərinə daima uyğunlaşaraq, inkişaf edən KREART şirkəti, Bakı şəhərində və reqionlarda gördüyü işlərlə tanınır.

Hər bir gördüyümüz iş öz dəsti-xətti ilə digərlərindən seçilir.

KREART şirkəti poliqrafiya sahəsində də öz sözünü demişdir.

10 ildən artıq poliqrafiya sahəsində təcrübəsi olan əməkdaşları ilə ən mürəkkəb işlərinizin öhdəsindən gələ bilirlər.

Ən sadə vizit kartdan tutmuş daha mürəkkəb işləri qısa bir zamanda peşəkarcasına sizə təhvil verməyə hazırdırlar.